Manşet

Bakıda məşhur klinikanın baş həkimi döyüldü – FOTO

Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO
Paytaxtın Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən \”Loğman\” klinikasında xəstənin qızı ilə heyət üzvləri arasında əlbəyaxa dava düşüb.

Savash.org report-a istinadən xəbər verir ki, nəticədə klinikanın 1983-cü il təvəllüdlü baş həkimi Şıxıyeva Lika Aydın qızı müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

L.Şıxıyeva bildirib ki, günorta saatlarında əməliyyat olunacaq qadının qızı əvvəlcə əlində olan su butulkasını kassada işləyən qızın baş nahiyəsinə vurub. Buna görə də, baş həkim insidentin qarşısını almaq istəyib. Lakin həmin gənc qız baş həkimə də ayaq və yumruq zərbələri endirib. Səbəb isə əməliyyat vaxtının 1 saat gec olması olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır.
Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button