Manşet

Aparat rəhbərinin müavini işdən çıxarıldı – \”Qaçqınkom\”da daha bir DƏYİŞİKLİK

Aparat rəhbərinin müavini işdən çıxarıldı - "Qaçqınkom"da daha bir DƏYİŞİKLİK
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (\”Qaçqınkom\”) kadr dəyişiklikləri olub.

\”Report\” xəbər verir ki, Dövlət Komitəsi Aparatı rəhbərinin müavini Rafiq Şamıyev işdən çıxarılıb. Bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.

Digər əmrlə Elman Quliyev \”Qaçqınkom\” Aparatı rəhbərinin müavini təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardımsektorunun müdiri işləyib.

Bundan başqa,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Nəzarət və təftiş şöbəsi yaradılıb.

Müvafiq əmrlə Namiq İbrahimov həmin şöbənin müdiri təyin edilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button