Manşet

Xankəndi Azərbaycan Ordusunun artileriya zərbələrinin təhdidi altında – ERMƏNİLƏR TƏLAŞDA

Xankəndi Azərbaycan Ordusunun artileriya zərbələrinin təhdidi altında – ERMƏNİLƏR TƏLAŞDA
Ordumuzun Naxçıvan istiqamətində irəliləyərək böyük ərazini nəzarəti altına alması haqda ölkə mətbuatının xarici KİV-lərə istinadən yaydığı xəbərlər Azərbaycan tərəfindən rəsmən təsdiqləndi.

Savash.org xatırladır ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlıdır.

Xankəndi Azərbaycan Ordusunun artileriya zərbələrinin təhdidi altında – ERMƏNİLƏR TƏLAŞDADəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ələ keçirilən yüksəliklərin bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 1500 və 2000 metrə çatır ki, bu da hərbi nöqteyi-nəzərdən çox böyük strateji əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, Naxçıvan istiqamətində böyük ərazilərin işğaldan azad olunması ilə nəticələnmiş hərbi əməliyyat həm də Azərbaycan Ordusunun yüksək peşəkarlığından xəbər verir. Belə ki, çox gərgin döyüşlər nəticəsində Azərbaycan tərəfindən cəmi bir itki oldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində 11 min hektar ərazini ermənilərdən azad etdi.

Savash.org bildirir ki, ermənilər həmin ərazidə çox az sayda hərbi postlar qurmuşdular, ona görə də buranı neytral bölgə adlandırırdılar. Bütün bunlara baxmayaraq, döyüş əməliyyatları başlayan zaman əraziyə Ermənistan ordusunun yeni dəstələri də cəlb edilmişdi. Ancaq Naxçıvan Əlahiddə Qoşunu müasir döyüş üsulları və texinkası hesabına qısa müddətdə ermənilər geri oturtdu. Nəticədə Ermənistanın nəzarət etdiyi, əslində isə Naxçıvana məxsus olan və Günnüt kəndi də daxil olmaqla sonradan neytral zona kimi tanınan ərazilər azad olundu.

Xankəndi Azərbaycan Ordusunun artileriya zərbələrinin təhdidi altında – ERMƏNİLƏR TƏLAŞDABu uğurlu hərbi əməliyyat nəticəsində strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır. Çünki həmin yüksəkliklərdən İrəvana qədər olan əraziyə və İrəvan-Yexeqndzor-Laçın-Xankəndi yoluna tam nəzarət etmək və buradan istənilən zərbəni endirmək mümkündür. Müharibənin başlayacağı təqdirdə Azərbaycan ordusu Naxçıvan istiqamətində işğaldan azad etdiyi yüksəklilərdən yararlanaraq Ermənistana, Dağlıq Qarabağ və işğal altında olan ərazilərə güclü raket və artilleriya zərbələri endirə biləcək. Bu bizə həm də Xankəndini vurmaq imkanı tanıyır ki, bu da düşmən tərəfdə böyük əndişəylə qarşılanıb.

Savash.org xatırladır ki, 2016-cı ilin aprelində müasir tariximizə “aprel döyüşləri” adıyla düşmüş əməliyyatlar zamanı Azərbaycan tərəfi Xankəndini vura biləcəyini açıq şəkildə bəyan etmişdi. O zaman Azərbaycan müdafiə nazirliyi rəsmi olaraq bildirmişdi ki, yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə Müdafiə naziri Zakir Həsənov raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verib.
İndi isə Azərbaycanın Xankəndini vurmaq imkanları daha da artıb və bu gələcək hərbi əməliyyatlarda böyük üstünlük qazandırır.

Orxan
Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button