Manşet

Azərbaycan 1 saatlıq zülmətə qərq oldu: Mingəçevir SES-də baş verən partlayış ölkədə həyacan yaratdı

Azərbaycan 1 saatlıq zülmətə qərq oldu: Mingəçevir SES-də baş verən partlayış ölkədə həyacan yaratdı
Ölkə ərazisində işıq verilişi dayanıb. Savash.org xəbər verir ki, 00:20 radələrindən etibarən işıqlar sönüb.

\”Azərişıq\”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev saytımıza açıqlamasında bildirib ki, problem ciddidir: \”Hazırda işə gedirəm. Ətraflı məlumat veriləcək\”. Bir saata yaxın davam edən elektrik enerjisinin kəsilməsi aradan qaldırılsa da bu bütün ölkədə həyacan yaradıb.

Qeyd edək ki, ilkin məlumatlara görə Mingəçevir SES-in 1-ci Abşeron xəttində generatorlardan birində alışma baş verdiyi bildirilir. Ölkə ərazisinda də elektrik enerjisinin bu səbəbdən dayandığı deyilir.

***

Mingəçevir Su Elektrik Stansiyasında generatorlardan birində problem yarandığı bildirilir. Hazırda hüquq-mühafizə orqanların və əlaqədar qurumların rəhbər şəxsləri iş başına qayıdıb. Faktla əlaqədar təxirəsalınmaz tədbirlər aparılır.

***

Mingəçevir İcra Hakimiyyətinin rəsmisi musavat.com-a bu barədə açıqlama verib. O bildirib ki, Mingəçevir Su Elektrik Stansiyasının (SES) bloklarının birində qəza baş verib: “Mingəçevir SES-in bloklarının birində qəza baş verib. Ona görə də ölkəyə elektrik enerjisinin verilməsində problem yaranıb. Qəzanın nəticəsi aradan qaldırılacaq. Hazırda çalışmalar davam edir”.

***

Əldə etdiyimiz məlumata görə, Mingəçevir SES-in 1-ci Abşeron xəttində generatorlardan birində alışma baş verib. Yanğın dərhal söndürülsə də, ölkə ərazisində elektrik enerjisinin verilişi dayanıb. Enerjinin bərpası üçün ilk cəhd uğursuz olub. Bərpa istiqamətində tədbirlər görülür.

***

APA-nın məlumatına görə, partlayış 6-cı blokda baş verib. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button