Manşet

Gəncənin icra başçısına silahlı hücum: Cangüdəni yerindəcə öldü, Elmar Vəliyev isə xəstəxanada… – ŞOK

Gəncənin icra başçısına silahlı hücum: Cangüdəni yerindəcə öldü, Elmar Vəliyev isə xəstəxanada... - ŞOK
Bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı zidiyətli xəbərlər yayılmaqdadır. Savash.org xəbər verir ki, bəzi saytlarda icra başçısının xəstəxanada dünyasını dəyişməsilə bağlı məlumatlar yayılsa da informasiya hələ ki rəsmi təsdiqini tapmayıb.

Yayılan ilkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

Elmar Vəliyevin oğlu Elmir Vəliyev isə mediaya açıqlamasında atasının xəstəxanada öldüyü haqda yayılmış informasiyaları yalanlayıb.

Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacağı gözlənilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button