Manşet

Elmar Vəliyev açıq havada iclas çağırıbmış, Yunis işıq dirəyinin arxasında gizlənərək gözləyirmiş – YENİ TƏFƏRRÜATLAR

Elmar Vəliyev açıq havada iclas çağırıbmış, Yunis işıq dirəyinin arxasında gizlənərək gözləyirmiş – YENİ TƏFƏRRÜATLAR
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və mühafizəçisinin güllələnməsi ilə bağlı Savash.org-a yeni təfərrüatlar məlum olub. Güllələnmə anında hadisə yerinin yaxınlığında olmuş Gəncədəki mənbəmizin bildirdiyinə görə, Elmar Vəliyev həmin axşam iclas keçirməliymiş.

İşıqların sönməsi səbəbindən iclası RİH binasında keçirmək alınmır və Elmar Vəliyev göstəriş verir ki, iclasa dəvətlilər RİH binasının qarşısına toplansın. Açıq havada təyin etdiyi iclasa qatılmaq üçün təxminən 20:10 radələrində RİH binasının qarşısında görünən Elmar Vəliyevin heç ağlına da gəlməzmiş ki, nəsə baş verəcək.
Qanlı hadisəni törətmiş Yunis Səfərov həmin vaxt RİH binasının böyründəki işıq dirəyinin yanında dayanıbmış. Qolu gipsli imiş və sonradan bəlli olacaqdı ki, cinayətdə istifadə etdiyi tapançanı qolundakı sarğının içində gizlədibmiş.

Elmar Vəliyev açıq havada iclas çağırıbmış, Yunis işıq dirəyinin arxasında gizlənərək gözləyirmiş – YENİ TƏFƏRRÜATLARSavash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Yunis Səfərov yavaş-yavaş icra başçısına yaxınlaşmağa başlayıb. Hətta tərəflər arasında qısa dialoq da baş tutub. Yunis Səfərov icra başçısına tərəf nəsə deyib, Elmar Vəliyevin isə onu söyərək təhqir etdiyi bildirilir.
Bundan sonra Elmar Vəliyevin mühafizəçilərio Yunis Səfərova tərəf hərəkətlənməyə başlayıb. Yunis Səfərov isə cəld hərəkətlə qolundakı sarğıdan tapançanı çıxardaraq mühafizəçi Qasım Aşbazova atəş açaraq onu yaralayıb.

Mühafizəçini vurduqdan sonra isə Yunis Elmar Vəliyevin qarın boşluğuna atəş açıb. Elmar Vəliyevin qorxu içərisində hadisə yerindən qaçmağa çalışdığını iddia edən mənbəmizin sözlərinə görə, bundan sonra Yunis icra başçısını arxadan – baş nahiyyəsindən vurub.

Elmar Vəliyev açıq havada iclas çağırıbmış, Yunis işıq dirəyinin arxasında gizlənərək gözləyirmiş – YENİ TƏFƏRRÜATLARYerə yıxılmış icra başçısını xəstəxanaya müavinlərindən birinin çatdırdığı deyilir.

Hadisənin başvermə səbəblərinə gəlincə isə müxtəlif versiyalar səsləndirilir. Hələlik bununla bağlı heç bir rəsmi açıqlama yoxdur.
Məsələ diqqətimizdədir və mövzuya qayıdacağıq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button