Manşet

Bakıda 2 uşaq anasının intiharının tükürpərdici səbəbi

Bakıda 2 uşaq anasının intiharının tükürpərdici səbəbi
O, mənzili də sataraq çalışdığı gözəllik salonunda qalırmış.

Ötən gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 30 yaşlı qadının intihar etməsi haqda xəbər vermişdik.

Savash.org xəbər verir ki, AzVision.az özünü öldürən paytaxt sakini ilə bağlı maraqlı məlumatlar əldə edib.

Yaxın qohumlarının saytımıza bildirdiyinə görə, 1984-cü il təvəllüdlü Muradova Zeynəb Nəzirağa qızı gözəllik salonunda işləyirmiş. Ailəsində hər hansı problem olmayıb.

Onun intiharına səbəb kimi külli miqdarda borcunun olduğu bildirilir. Hətta, Z.Muradova borca görə yaşadığı mənzili də sataraq çalışdığı gözəllik salonunda qalırmış.

Z.Muradovanın 2 azyaşlı övladı var və uşaqları hazırda nənəsi ilə yaşayır. M.Zeynəbin həyat yoldaşının isə harada olduğu haqqında heç bir məlumat yoxdur.

Xatırladaq ki, noyabrın 25-də Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Muradova Zeynəb Nəzirağa qızı özünü asaraq intihar edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button