Manşet

Əli Kərimli Lökbatana \”yox\” dedi, Bakının mərkəzinə icazəsiz mitinq təyin etdi

Əli Kərimli Lökbatana "yox" dedi, Bakının mərkəzinə icazəsiz mitinq təyin etdiMəlum olduğu kimi, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib. Aksiyaya razılıq verilsə də məkan olaraq yenə də müxalifətin qəbul etmədiyi ərazi təklif olunub. Belə ki, mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.

Savash.org xəbər verir ki, AXCP sədri Əli Kərimli özünün facebook hesabında hökumətin təklif etdiyi yerlə razılaşmayacaqlarını bəyan edərək, aksiyanın Bakının mərkəzində reallaşacağına qərarlı olduqlarını açıqlayıb:

\”Yenə də Konstitusiyanı pozdular. Mitinqi Lökbatanda keçirməyi təklif ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin yerini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Milli Şura olaraq əvvəlcədən bəyan etmişdik ki, ya kompromis olaraq “Məhsul” stadionunda mitinqə razılıq verərlər, ya da mitinqi xəbərdar etdiyimiz kimi, şəhərin mərkəzində – 28 may metrosu ətrafında keçirəcəyik. Beləliklə, Milli Şuranın mitinqi 2 noyabr saat 15:00-da şəhərin mərkəzində – 28 may metrosunun ətrafında keçiriləcək. Hökumət mətbuatının təxribatlarına heç kim uymasın. Mitinq istisnasız olaraq dinc keçirilməlidir. Zorakılıq və qanun pozuntusu edənləri hamılıqla çəkib ictimailəşdirin. Xalqımız öz taleyinə sahib çıxmalıdır!\”

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button