Manşet

Ramiz Mehdiyevi o əvəzlədi: \”İçərişəhər\” Qoruğundan başlayan yol…

Ramiz Mehdiyevi o əvəzlədi: "İçərişəhər" Qoruğundan başlayan yol...Xəbər verdiyimiz kimi, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin sədri Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib.

Savash.org-un məlumatına görə, Samir Rafiq oğlu Nuriyev 9 mart 1975-ci ildə Bakı şəhərində olub.

1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, o cümlədən 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.

2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyi) Sahibkarlığın inkişafı departamentinin direktoru, 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə həmin İdarənin rəisi, 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru, 2018-ci ilin fevralında Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, 2018-ci ilin aprelində isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilmişdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button