Manşet

Kadr siyasətində quda, kürəkən, qardaş faktoru – YENİLƏR KİMİN QOHUMUDUR?

Kadr siyasətində quda, kürəkən, qardaş faktoru - YENİLƏR KİMİN QOHUMUDUR?Bölgələrdə İcra başçıları dəyişirsə, rayon adamının da güzəranı yaxşıya doğru dəyişə bilərmi?

Oktyabrın 31-də prezident İlham Əliyev Xaçmaz və Yevlax rayonlarının icra başçılarını dəyişdi. Xalq Cəbhəsi Partiyasının Yevlax şəhər şöbəsinin rəhbəri Şəkər İsgəndərli deyir ki, yeni təyinatların rayonda həyatı dəyişəcəyinə inanmır:

“Rejimin adamlarıdır, onlar da buyruq quludurlar. 1993-cü ildən bəri gələn icra başçıları Yevlax ərazisinə elə əzazil davranırlar ki… Yevlaxda bir icra başçısı vardı. Kiminsə torpaq sahəsini istəmişdi, o adam da verməmişdi. Həmin adamın torpaq sahəsindəki torpağı “Kamaz”la daşıtdırdı…”

Meydan TV yazır ki, Yevlaxın yeni icra başçısı Anar Tağıyev, Bakının icra başçısı Eldar Əzizovun kürəkənidir.

Xaçmazın yeni icra başçısı Elnur Rzayev isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayevin qardaşıdır. Bu məlumatları hakimiyyətdən təkzib edən olmayıb.

Prezident İlham Əliyev yeni başçılarla görüşdə deyir ki, onlardan gözləntisi var – gərək rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənsinlər, tədbirlər görsünlər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button