Manşet

\”Qoy, sərhədlə türklər məşğul olsun, məni neft maraqlandırır\” – Trampdan Suriya açıqlaması

"Qoy, sərhədlə türklər məşğul olsun, məni neft maraqlandırır" - Trampdan Suriya açıqlamasıABŞ-ın Suriya sərhədində patrul fəaliyyəti həyata keçirmək arzusu yoxdur, lakin Vaşinqton ölkənin neft resurslarını nəzarətində saxlamaq niyyətindədir.

Savash.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib:

\”Neftə nəzarəti əlimizdə saxlamışıq. Suriya ilə sərhəddə patrul fəaliyyətini başqaları həyata keçirə bilərlər. Türkiyə burada 1000 il savaşıb. Qoy sərhədlə onlar məşğul olsunlar. Biz bununla məşğul olmaq istəmirik, biz əsgərlərimizi vətənə qaytarmaq istəyirik. Amma hərbçilərin bir qismini Suriyada saxlamışıq. Onlar neftə nəzarət edir. Neft mənim xoşuma gəlir, neft bizdədir\”

Tramp ABŞ-ın bundan sonra da kürd qruplaşmaları və Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcəyini qeyd edib

Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də Vaşinqtona səfər edib-etməyəcəyi barədə suala isə, \”Prezident Ərdoğan Ağ Evə gəlmək istəyir. Çox yaxşı münasibətimiz var\”,- deyə cavab verib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button