Manşet

Əli İnsanov müxalifət liderləri ilə bir arada – MÜZAKİRƏ BAŞLADI

Əli İnsanov müxalifət liderləri ilə bir arada - MÜZAKİRƏ BAŞLADIMüsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilir.

Müsavat Partiyası başqanının təşəbbüsü ilə baş tutan tədbirin mediaya açıq olan hissəsində iştirakçılar tədbirlə bağlı məlumat veriblər.

Giriş sözü ilə çıxış edən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, bu tədbirdə Azərbaycanda mövcud ictimai-siyasi durum və bu vəziyyətdən çıxış yolları müzakirə olunacaq.

Tədbirdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button