Manşet

Akif Çovdarov və digər MTN generalları bəraət axtarışında: yenidən Ali Məhkəməyə üz tutdular

Akif Çovdarov və digər MTN generalları bəraət axtarışında: yenidən Ali Məhkəməyə üz tutdularLəğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları – Akif Çovdarov, Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanov yenidən Ali Məhkəməyə müraciət ediblər.

Generallar ayrı-ayrılıqda kassasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

A. Çovdarovun şikayəti hakim Əziz Seyidovun icraatına verilib və məhkəmə iclası noyabrın 21-ə təyin edilib.

T. Quliyev və S. Qurbanovun şikayətləri hakim İlqar Qılıcovun icraatına verilib. Hələlik məhkəmənin vaxtı təyin edilməyib.

Digər general E. Quliyevin şikayəti hakim Fərhad Əliyevin icraatına verilib. Onun məhkəməsinin də vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, A. Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A. Çovdarov 12 il, S. Qurbanov 14 il, T. Quliyev 12 il, E. Quliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə onların general rütbəsindən mərhum edilməsi ilə bağlı Azərbaycan Prezidentinə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Bakı Apelyasiya Məhkəməsində onların şikayətləri təmin edilməyib. Daha sonra generallar bir neçə dəfə kassasiya şikayətləri verib, onları sonradan geri götürüblər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button