Manşet

Müsavata da Lökbatanı göstərdilər: Mitinqə icazə verildi, partiya imtina etdi

Müsavata da Lökbatanı göstərdilər: Mitinqə icazə verildi, partiya imtina etdiMüsavat partiyasının noyabrın 10-da mitinq keçirmək üçün müraciətinə cavab verilib.

Savash.org xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti bu gün cavab məktubunu partiya funksioneri Elman Quliyevə təqdim edib.

BŞİH Müsavata mitinqi noyabrın 10-u saat 15-17 arasında 5 min nəfərin iştirakı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verib.

Müsavat Partiyasından isə bildirilib ki, noyabrın 10-na təyin etdiyi mitinq keçirməyəcək. Bu barədə partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. O bildirib ki, Müsavat Partiyası noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 3 yer təklif etmişdi: “Lakin Bakı şəhər İcra Hakimiyyətinin cavabını qanunsuz sayırıq və buna etiraz olaraq İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəyik. Noyabrın 12-də BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndərəcəyik”.

Qeyd edək ki, Müsavat funskionerləri Gülağa Aslanlı, Razim Əmiraslanov və Elman Quliyev BŞİH-yə müraciət edərək üç yerdən birində, Tofiq Bəhrəmanov adına Respublika Stadionunun önündəki meydanda, “Dərnəgül” metrostansiyasının çıxışındakı meydanda və Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək istədiklərini bildiriblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button