Manşet

“Dağlıq Qarabağın yekun statusuna gəldikdə…bu çox çətin məsələdir” – LAVROV

“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir” - LAVROV
“Sərhəddə və təmas xətində nisbi sakitliyin saxlanılmasını alqışlayırıq. Hesab edirik ki, gərginliyin daha da azaldılması danışıqlar prosesinə müsbət əsir edən atmosferin yaradılmasına imkan verə bilərdi”.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın “Mediamaks” agentliyinə müsahibəsində belə deyib. Lakin nazir əlavə edib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi “ən mürəkkəb, çətin məsələdir”.

“Dağlıq Qarabağın yekun hüquqi statusu məsələsinə gəldikdə isə, bu ən mürəkkəb məsələlər sırasındadır. Minsk Qrupunun həmsədri olan ölkələrin rəhbərləri dəfələrlə bəyan ediblər ki, status danışıqların gedişində siyasi yolla, iradənin nəticələri hüquqi mütləq olan ifadəsi ilə (referendum,-red.) müəyyən ediməlidir. Bu işin parametrlərini, o cümlədən təşkilati aspektlərini hələ tərəflər razılaşdırmalıdır”,-Rusiya xarici işlər naziri belə deyib.

Virtualaz.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button