Manşet

Türkiyənin II \”Barış bulağı\” hazırlıqları Rusiyanı hərəkətə gətirdi: İqor Konaşenkovdan açıqlama

Türkiyənin II "Barış bulağı" hazırlıqları Rusiyanı hərəkətə gətirdi: İqor Konaşenkovdan açıqlamaTürkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Suriyanın şimalında hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiya Müdafiə Nazirliyinin təəccübünə səbəb olub.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, hərbi əməliyyatların yenidən bərpa edilməsi Suriyanın şimalında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.

“Türkiyə XİN başçısının hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı bəyanatı Rusiya və Türkiyə prezidentlərinin imzaladıqları birgə memorandumda qeyd olunduğu kimi nizamlanmaya deyil, ancaq Suriyanın şimalında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər”, – deyə İ. Konaşenkov qeyd edib.

Xatırladaq ki, M. Çavuşoğlu ABŞ və Rusiyanı Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirməməkdə qınayıb. Nazir bildirib ki, ərazi terrorçulardan təmizlənməyəcəyi təqdirdə, yenidən hərbi əməliyyatlar başlaya bilər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button