Manşet

\”Biz həbsdə olanda Elmira xanım çıxıb deyirdi ki…\” – Partiya sədrləri yeni ombudsmanın kimliyi haqda

"Biz həbsdə olanda Elmira xanım çıxıb deyirdi ki..." - Partiya sədrləri yeni ombudsmanın kimliyi haqda\”Ombudsmanın peşəkar, başqa peşə sahblərindən seçilməsi daha doğru olardı”

Savash.org xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda Ombudsman vəzifəsinə namizədliyi irəli sürülən hər 3 nəfərin məhkəmə sistemində inzibati dövlət aparatında işləmiş şəxslər olmasına münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib:

\”Ombudsman vəzifəsinə namizədlər Prezident tərəfindən irəli sürülür. Bu mənada onun seçiminə hörmətlə yanaşıram. Ancaq fikrimcə, bu vəzifəyə başqa peşə sahiblərinin, insan hüquqları sahəsində peşəkar olanların seçilməsi daha məqsədəuyğun olardı”.

ADP sədri Sərdar Cəlaloğlu isə bu qənaətdədir ki, bu vəzifəyə polisin, prokurorun qoyulmasının elə bir əhəmiyyəti yoxdur: \”Fikrimcə, Azərbaycanda ombudsmanın fəaliyyəti təyinatına uyğun deyil. Elmira Süleymanovanın bu vəzifədə olduğu dövrlərdə müşahidə etdik ki, ombudsman polis qüvvəsi kimi fəaliyyət göstərir. Ona görə də Azərbaycanda bu institut dünyada nəzərdə tutulan institutla eyni mahiyyət daşımır. Hətta ora polis və ya prokurorluqda çalışanları qoysalar da heç nə dəyişməyəcək. Çünki Ombudsman aparatı bir çox hallarda insan hüquq və azadlıqlarının pozulmasında daha aktiv mövqe tutan bir təşkilat olub. Vaxtilə həbs ediləndə Elmira xanım bizlə görüşməyə-görüşməyə çıxıb deyirdi ki, türmədə onlarla görüşdüm və heç bir şikayətləri yox idi. Halbuki bizlərlə görüşməmişdi. Yəni, ombudsman belə bir yalan danışır, insan hüquq və azdlıqlarının pozulmasını bu cür ört-basdır etməklə məşğuldursa, bu vəzifəyə polisin, prokurorun və yaxud hansısa bir serjantın qoyulmasının elə bir əhəmiyyəti yoxdur. Ona görə də bu kimi təyinatlara o qədər də önəm vermirəm”.

Elçin
Sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button