Manşet
Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına vəzifə verdi
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.
Savash.org Unikal.org-a istinadən xəbər verir ki, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın \”Yüksək Texnologiyalar Parkı\” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.
Elton Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:
\”Bəli, yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam.\”
Xatırladaq ki, keçmiş deputat Elton Məmmədov eks-Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.