Manşet

Rus jurnalistlər Novruz Məmmədovun krallıqda sarayını üzə çıxartdı – FOTO

Rus jurnalistlər Novruz Məmmədovun krallıqda sarayını üzə çıxartdı - FOTORusiyalı jurnalistlər İspaniya Krallığının Alteya şəhərində Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədova məxsus əmlakı aşkar ediblər.

Savash.org xəbər verir ki, bu haqda BAKU.WS \”Novaya qazeta\” nəşrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Novruz Məmmədov İspaniyadakı elit kompleksdə Rusiya Patriarxlığının xarici əlaqələr şəbəsinin rəhbəri mitropolit İlarionla qonşudur.

Rus jurnalistlər Novruz Məmmədovun krallıqda sarayını üzə çıxartdı - FOTOQonşuların dediyinə görə, İlariona bahalı mənzili hədiyyə ediblər. Repetidor küçəsindəki mənzillərin ümumi sahəsi 235 kv.metrdən çoxdur və qiyməti (2011-ci ildə) 950.000 avro təşkil edir.

Qeyd edək ki, mitropolit İlarionun Novruz Məmmədovdan başqa məşhur müğənni Tamara Qverdtsiteli, rejissor və televiziya aparıcısı Yuli Qusman, prodüser Timur Vaynşteyn, ukraynalı iş adamı Yuri Aptekar və digərləri qonşuluğunda yaşayır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button