Manşet

Çinin Quranı yenidən yazmaq niyyətinə SƏRT ETİRAZ: \”Bu müdaxilədir…\”

Çinin Quranı yenidən yazmaq niyyətinə SƏRT ETİRAZ: "Bu müdaxilədir..."
“Çinin bu addımı Qurana müdaxilədir, belə hal heç bir zaman qəbul edilməyib, edilə də bilməz”.

Bu sözləri Çin hökumətinin Quran, İncil və Buddist Sutrasının Maoist Çin Kommunist Partiyasının ideologiyasına uyğun yenidən yazılmasına qərar verməsinə münasibət bildirərkən dinşünas Elşad Miri deyib: “Bu hal əslində Allahın göndərdiyi kitaba müdaxilə sayıla bilər. Çinin bu fonda yazacağı kitab “Made in Çin” adlı bir kitab olacaq. Amma Qurani-Kərim faktiki olaraq Allah tərəfindən göndərilən bir kitabdır. Heç Məhəmməd Peyğəmbərin özü belə onu yazmayıb”.

E. Miri düşünür ki, bəlkə də Çin həmin hərəkətilə Qurandakı, habelə İncil və Buddizmdəki ayələrin özünə uyğun olaraq təsbitini vermək, yozmaq istəyinə düşüb: “Amma bunun özünün də bir əsası olmalıdır. Halbuki Allah kitabında deyir ki, Quranı Allah özü açıqlayıb, həm də ətraflı şəkildə izah edib. Bu izah olandan sonra Çinin bu istiqamətdə məqsədinin nə olduğunu bilmirəm”.

Elçin
Sferaz.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button