Manşet

İlham Əliyev Avropaya səpələnmiş siyasi mühacirləri geri alacaq – ŞOK

İlham Əliyev Avropaya səpələnmiş siyasi mühacirləri geri alacaq - ŞOKAzərbaycan hakimiyyəti müxtəlif vaxtlarda Azərbaycanı tərk edərək Avropa ölkələrində siyasi sığınacaq almış şəxsləri həmin ölkələrdən geri ala bilər. Savash.org-un məlumatına görə, bu sensasion açıqlama ilə hazırda Avropada mühacir həyatı yaşayan tanınmış jurnalist Fikrət Hüseynli çıxış edib.

Onun sözlərinə görə, Avropa Birliyini ilə əməkdaşlıq edən qurumlardan biri ilə Azərbaycan hökumətinin dövlət qurumları Azərbaycandan siyasi təqiblər üzündən gəldiyini deyən şəxslərin monitorinqini aparıb və onların siyahısını tutublar:

\”Kifayət qədər maliyyə ayrılan araşdırma layihəsində Avropanın müxtəlif ölkələrində siyasi oturum almış şəxslərin sonrakı fəaliyyətinin monitorinqini aparıb. Nəticədə müxtəlif ölkələrdə sığınacaq almış 50-dən çox şəxsin ona verilən statusun əksinə hərəkət etdikləri, bəzilərinin Azərbaycanın dövlət qurumlarıyla sıx əməkdaşlıq etdiyi faktlarla sübut olunub. Bütün bu faktlar toplanıb və Azərbaycanın dövlət qurumlarıyla müzakirə olunub. İlham Əliyevin Almaniya və İsveçrə səfərlərində Avropa Birliyinin adını hələlik qeyd etmədiyim qurumu ölkə rəhbərliyi ilə yüksək səviyyəli görüş keçirəcək. Görüşdən asılı olaraq, Readmissiya haqqında qanunun qəbulu və vizaların sadələşdirilməsilə bağlı prosedurun tələblərinə uyğun olaraq fəaliyyəti araşdırılmış şəxslərin statusu alına və onlar ailəlikcə Azərbaycana deportasiya edilə bilərlər. Xüsusi qeyd edim ki, bu kifayət qədər ciddi mənbənin məlumatıdır\”.

İlham Əliyev Avropaya səpələnmiş siyasi mühacirləri geri alacaq - ŞOKFaiq LƏTİFOV
Savash.org

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button