Ekstrasensdən Nərminin qatili haqda şok öncəgörmə: “BU MƏNİ ÇAŞDIRIR…”

Tanınmış ekstrasens Zirəddin Rzayev “İri Plan” Yutub kanalına maraqlı müsahibə verib. Bir sıra mövzularla bağlı fikirlərini bölüşən ekstrasens gündəmin əsas müzakirə mövzusu olan 10 yaşlı Nərminin qətli ətrafında yaranan mübahisələrdən də yan keçməyib.
Savash.org-un xəbərinə görə, Zirəddin Rzayev qatil kimi saxlanılan İlkin Süleymanov haqda ilginc öncəgörmələrini dilə gətirib:
“Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda idim. Polislər məndən informasiya istəyirdilər, amma mənə heç bir informasiya vermirdilər. Görücü Allah deyil, onun gücündən istifadə etmək üçün ona kömək etmək lazımdır. Mənə şəkil verələr, ad deyələr, qohumdu, ya qonşudu şübhələndikləri… Məsələn, 10 nəfərdən şübhələnirsiniz, onları deməlisiniz ki, mən nəsə deyə bilim. Amma mən divarla öz-özümə danışa bilmərəm.
Hazırda şübhəli qismində saxlanan və cinayəti etiraf edən adama baxanda onda kişiliklə bağlı problem görürəm. Onun sağlamlığı yerində deyil – ya yarım vəziyyətdədir, ya da ümumiyyətlə onda kişilik potensialı yoxdur. Hələlik güc strukturları orda zorakılıq olub-olmaması barədə rəsmi açıqlama verməyiblər, ancaq mən nədənsə orda zorakılıq görürəm. Amma cinayətkara baxanda, onun impotent olma ehtimalının böyük olduğunu hiss edirəm və bu məni çaşdırır… “
Orxan