Manşet

Çin ordusu Uhanı mühasirəyə aldı: ŞƏHƏRİ TƏRK EDƏNLƏR VURULUR – VİDEO

Koronovirusun yayıldığı Çindən dəhşətli xəbərlər gəlməkdə davam edir.

“Savaş” xariciici mətbuata istinadən xəbər verir ki, yayılan məlumata görə, Çin ordusu epidemiyanın yayıldığı Uhan şəhərini mühasirəyə alıb. İddia edilir ki, şəhəri tərk edənlər silahla vurulurlar və Çin höküməti şəhəri tamamilə məhv etməyi planlaşdırır. İddia sosial şəbəkələrdə böyük müzakirə doğurub.

Eyni zamanda, 11 milyon əhalisi olan Uhandada yaşayan bir şəxsin səsyazısı yayılıb. Burada deyilir ki, şəhərdə ölənlərin sayı hökümətin açıqladığı kimi 106 deyil, 2744 nəfərdir. Şəhərdə kütləvi məzarlıqların qazıldığı və şəhərdən çıxan yolların betonlarla bağlandığı iddia edilib. Həmçinin, meşələrin PUA-larla izləndiyi də bildirilib.

Qeyd edək ki, Çin hökümətinin yaydığı rəsmi açıqlamaya görə virus səbəbindən ölənlərin sayı 106-ya, epidemiyaya yoluxanların sayı isə 4500-ə çatıb. Ölənlərin əksəriyyətinin Huanan Məhsulları Bazarında çalışa və ya ticarətlə məşğul olan şəxslər olduğu deyilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button