ManşetSiyasət

Köməkçiləri prezidentə yalan məlumatlar verir? – “ONA GÖRƏ DƏ AÇIB-AĞARTMIRLAR…”

“Prezidentin iqtisadiyyata nəzarət edən köməkçiləri real sektorda nə baş verdiyini doğru-dürüst təhlil edib, dövlət başçısına çatdıra bilmirlər”.

Bu sözləri Savash.org-a açıqlamasında 2008-2018-ci illər ərzində Azərbaycanda əhalinin sayında 1,1 milyon  və ya 13 faiz artım olsa da,  sözügüdən müddətdə vətəndaşların məişətdə təbii qazdan istifadəsinin 1 faiz (30 mln.kubmetr), elektrik enerjisindən istifadənin isə 10 faiz (700 mln.kvt.saat) azalması barədə Statistika Komitəsinin açıqlamasına münasibət bildirərkən qaz və neft məsələləri üzrə ekspert İlham Şaban deyib:

“Bu sualı dünən Dövlət Statistika Komitəsinə ünvanladım.  Bu cür nailiyyətlər əldə edilibsə, Prezidentin yanında ictimaiyyət üçün açıqlanan məlumat bu olmalıdır. Belə açıqlamaların verilməsi onu göstərir ki, Prezidentin iqtisadiyyata nəzarət edən köməkçiləri real sektorda nə baş verdiyini doğru-dürüst təhlil edib, dövlət başçısına çatdıra bilmir. Görünür, belə rəqəmlərin səsləndirilməsi bilmədiyimiz hansısa bir məşğulluqla bağlıdır, ona görə də açıb ağartmırlar. 2008-ci ildə “Azəriqaz”ın məlumatına görə, əhali sektoru cəmi 2,5 milyard kubmetr ətrafında qaz istehlak edirdi. Ötən ilin yekunları ilə bağlı “Azəriqaz” rəhbəri keçirdiyi mətbuat konfransında isə əhali sektoru üzrə 3,6 milyard kubmetr qazın istehlak olunduğunu bildirib.  Bu isə o deməkdir ki, həmin rəqəm Statistika Komitəsinin açıqladığı rəqəmlə düz gəlmir.  Bu mənada mövcud situasiyanı “Azəriqaz”ın rəqəmləri daha dolğun əks etdirir”.

Orxan

Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button