Manşet

“Direktorun sözündən əsəbiləşən Elmarın ürəyi partlayıb” – NÖVSAN OLAYININ ŞAHİDLƏRİ

“Direktorun sözündən əsəbiləşən Elmarın ürəyi partlayıb” - NÖVSAN OLAYININ ŞAHİDLƏRİ“118 saylı məktəbin həyətində direktorun sözündən əsəbiləşən Elmarın ürəyi partlayıb”

Hövsan kəndində yerləşən 118 saylı orta məktəbdə direktor Qardaşxan Səlimovun şagirdləri təhqir etdiyinə görə, baş verən insidentdə ölən Elmar Əliyev haqqında maraqlı məlumatlar əldə etmişik.

19 yanvar 118 saylı məktəbin həyətində ölən Elmar haqqında deyilənlər yalnışdır. Bu barədə mərhumun yaxınları məlumat verirlər. Onların sözlərinə görə, mərhum Elmar epilepsiya xəstəsi olmayıb, hadisə zamanı onun ürəyi partlayıb:

“Elmar epilepsiya xəstəsi olmayib, sağlam oğlan idi. 3 ay idi ki, hərbi qulluğunu başa vurub evinə gəlmişdi. Epilepsiya xəstəsi necə hərbi xidmətə gedə bilər? Elmar hərbi xidməti Naxçıvan Muxtar Respublikasında keçib.

Elmar ürək tutmasından vəfat edib. Məktəb direktorunun dediyi sözlər ona çox pis təsir edib.

Hadisə zamanı Elmarın yanında olanlar onun ürəyinin partladığını, yerə yıxıldığını deyirlər. Həmin vaxt təcili tibbi yardım çağırılsa da, tibbi yardım hadisə yerinə gec gəlib.

İki dəfə Elmarın xırıltılı səsi gəldi və dünyasını dəyişdi. Təcili yardım gələndə artıq gec idi. Elmar vəfat etmişdi.

Elmargil 3 qardaşdır. Hərbi xidmətdən gələndən sonra əyləncə mərkəzlərinin birində işə düzəlmişdi, çox tərbiyəli oğlan idi.//azxeber.com

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button