Manşet

Özünü də, icra başçısını da yandıracaqdı, alışqan alovlanmadı – İMİŞLİDƏ

Özünü də, icra başçısını da yandıracaqdı, alışqan alovlanmadı - İMİŞLİDƏBu gün İmişli rayonunda ekstremal hadisə ba verib. Musavat.com-a daxil olan məlumata görə, İmişli şəhərinin Talalaltı məhəlləsində yaşayan və hazırda işsiz olan Nazim Qardaşov özünü İcra Hakimiyyətinin akt zalında yandırmaq istəyib.

Mötəbər mənbənin saytımza bildirdiyinə görə, əvvəllər sosial-təminat şöbəsində çalışan Nazim Qardaşov İH başçısı Vilyam Hacıyevin qəbuluna gəlibmiş. Növbəti dəfə xahişinə müsbət cavab almayan N.Qardaşov öz üstünə benzin tökərək alışqanı çaxmaq istəyəndə alışqan alovlanmayıb və bundan istifadə edən polislər və digər şəxslər onu zərərsizləşdirə biliblər.

Mənbə xəbər verir ki, Qardaşov benzini öz üstünə çiləyərkən yanacaqdan İH başçısının və polislərin də üstünə tökülüb.

N.Qardaşov ailəlidir, həyat yoldaşı müəllimədir, oğlu isə hərbi xidmətdədir.

Polis N. Qardaşovu saxlayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button