Manşet

MSK-nın qarşısında gərginlik: POLİS AKSİYANI DAĞITDI

MSK-nın binası qarşısındakı qanunsuz etiraz aksiyasına seçkilərin nəticələrindən narazı qalmış digər namizədlər, həmçinin müxalifət xadimləri də qoşulublar.

Onların arasında ReAl-ın keçmiş liderlərindən olan Azər Qasımlı, NIDA üzvü Turqut Qəmbər, deputatlığa namizəd Fərhad Mehdiyev və başqaları da olublar.

MSK-nın katibi etiraz edən namizədlərin qarşısına çıxıb, onları maraqlandıran suallar üzrə sabah şərh veriləcəyini bildirərək dağılışmalarını xahiş edib. O həmçinin bildirib ki, MSK-da seçkilərdəki pozuntular haqda sosial şəbəkələrində yayılmış videolardan xəbərdadırlar və komissiya onları araşdıracaq.

Ancaq deputatlığa namizədlər və onların tərəfdarları ərazini tərk etməkdən imtina edərək, onların qarşısına MSK sədri Məzahir Pənahovun çıxmasını tələb ediblər.

Bir müddət sonra əraziyə onlarla polis gəlib, onlar da etirazçılardan əraziləri azad etmələrini tələb ediblər. Tələbləri qulaqardına vurulduqda, onlar qanunsuz aksiyanı dağıtmağa və üzvlərini saxlamağa başlayıblar.

Saxlanılanların hamısı hadisə yerinə gətirilən avtobuslara mindirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button