Sumqayıtda sakinlərə belə zülm edilir – (Video)
Sumqayıt şəhərində, 6 mikrorayonda yaşayan 5 binanın sakinləri təmiz hava üzünə həsrət qalıblar.
“İstəyirsən ki, durub təmiz hava alasan, amma mümkün olmur. Dərhal da evlərə qaz iyi dolur. Bunun nəticəsində də narahatlıq əmələ gəlir. Gecələr yata bilmirəm qazın iyindən” – deyə şikayətçi Qamətdin İsmailov bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, vətəndaşlar nazirliyə bu cür şikayətlərlə tez-tez müraciət edir. Təkcə 2014-cü ilin yekunlarına görə, Sumqayıtın ətraf ərazilərində 114 fakt üzrə araşdırma aparılıb. Həmin şəxslərə 17 fakt üzrə cərimə sanksiyası da tərtıb olunub. 30 min manat dəyərində cərimə ediliblər. O ki qaldı sakinlərin şikayətinə, bu gün Sumqayıtda ətraf mühiti daha çox çirkləndirən Sumqayıt məişət tullantılarının yerləşdiyi məntəqədir. Bura gətirilən tullantılar idarə olunmur və kortəbii şəkildə yandırılaraq havaya buraxılır.
“Bu tullantılar əlverişsiz metereoloji bir şəraitdə həmin o tüstü qazları tərkibində – hisdir, qazdır, ayrazoldur və digər tozdur, bunlar asılqan formasında əlverişsiz metereoloji cəhətdən asılı olaraq alır. Və atmosfer və onun nisbi rütubətindən, temperatur və təziq rejimindən asılı olaraq müəyyən mənada hansı sahəyəsə mənfi təsir göstərir. Yəni həmin insanlar, həmin ekoloji mühit o zərərli qazların təsiri altında olur” – deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mirsalam Qəmbərov vurğulayıb.
Mirsalam Qəmbərov onu da əlavə edib ki, müəssisələrə bir neçə dəfə protokollar da təqdim olunub. Mövcud inzibati qaydalara uyğun olaraq cərimələnənlər də var. Hazırda da qurum tərəfindən həmin ərazidə mütəmadi olaraq monitorinqlər keçirilir.