Manşet

MƏŞHURLARIN ÖLÜM ANINDAKI SON SÖZLƏRİ – Lenin, Nostradamus, Nyuton, Çörçill…

Yəqin çoxunuza maraqlıdır ki,  həyatınızın son anlarında nə haqda düşünəcəksiniz. Ölümü hər kəs özünəməxsus tərzdə qarşılayır- kimi doğmaları və yaxınları ilə vidalaşır, kimi  sonadək sevib seçdiyi işlə məşğul olmağa çalışır, kimi də yatağının ətrafına toplaşanları iynələməklə təskinlik tapır.

Savash.org tarixdə iz qoyub gedən şəxsiyyətlərin ölüm anında söylədiklərini təqdim edir:

Rafael Santi, rəssam

“Xoşbəxtəm”.

Frenk Sinatra, müğənni

“Mən onu itirirəm”.

Jan-Pol Sart, yazıçı

Həyatının son dəqiqələrində sevgilisi Simone de Bovuara müraciət edən Sartr deyir: “ Səni elə sevirəm ki, mənim əziz Bobrum”.   

Nostradamus, həkim, əlkimyaçı, astroloq

Mütəfəkkirin əksər fikirləri kimi, ölümqabağı sözləri də gerçək oldu: “Sabah səhər mən olmayacam”. Öncəgörmə özünü doğrultdu.

Vladimir Nabokov, yazıçı

Ədəbi fəaliyyətdən əlavə, Nabokov entomologiya ilə, xüsusən də kəpənəklərin tədqiqi ilə maraqlanırdı. Onun son sözləri belə oldu: “Kəpənəklərdən biri pərvaz etdi”.

Mariya-Antuanetta, Fransa kraliçası

 Onu eşafota (orta əsrlərdə Qərbi Avropanın bir sıra ölkələrində üzərində qətl, rüsvayçı cəza tədbirləri həyata keçirilən taxta meydança – Savash.org) aparan cəlladın ayağını tapdalayıb ləyaqətlə deyir: “ Üzr istəyirəm, msyö, qəsdən etmədim”.

İsaak Nyuton, fizik, riyaziyyatçı

 “ Bilmirəm dünya məni necə qəbul edirdi, amma mən özümü hər zaman qarşısında sirri açılmamış həqiqət okeanı olduğu halda, dəniz sahilində oynayan, başını gözəl daşlar və balıqqulaqları axtarmaqla qatan bir uşaq sanmışam”.

Leonardo da Vinçi, mütəffəkkir, alim, rəssam

“Mən Tanrını və insanları təhqir etdim, axı öz əsərlərimdə can atdığım yüksəkliyə elə də çata bilmədim”.

Benjamin Franklin, siyasətçi, diplomat, alim, jurnalist

84 yaşlı ağır xəstəlikdən əziyyət çəkən Franklinin qızı daha rahat nəfəs almağı üçün ondan yataqda yerini dəyişməyi xahiş edəndə, sonunun yaxınlaşdığını hiss edən qoca kədərlə dillənir: “Ölüm yatağında olan üçün heç nə asanlıqla başa gəlmir”.

Artur Konan Doyl, yazıçı

Şerlok Holmsun yaradıcısı 71 yaşında, öz evinin bağında ürək tutmasından dünyasını dəyişib. O son sözlərini sevimli xanımına ünvanlayıb: “Siz  heyranedicisiniz”. Yazıçı bunu söyləyib və əbəddiyyətə qovuşub.

Ernest Heminquey, yazıçı

1961-ci ilin 2 yulunda Heminquey həyat yoldaşına müraciətlə deyir: “Gecən xeyrə qalsın, pişiyim”. Bunu deyib öz otağına keçir, bir neçə dəqiqə sonra isə xanımı atəş səsi eşidir- yazıçı başına güllə vuraraq intihar edir.

Alfred Hiçkok, kinorejissor, kino rejissoru və prodüseri, dəhşət filmlərinin ustası

“Heç kəs sonunun necə olacağını bilmir. Bunu dəqiq bilmək üçün ölmək lazımdır. Hərçənd ki, katoliklərin bu xüsusda hansısa ümidləri var”.

Vladimir İliç Lenin, inqilabçı, SSRİ-nin qurucularından biri

Ölümqabağı Lenin ona ölü quş gətirən sevimli köpəyinə müraciətlə deyir: « Əhsən, köpək!».

Uinston Çörçill, siyasətçi, Böyük Britaniyanın baş naziri

“Necə də hər şeydən bezmişəm”

Stiv Cobs, sahibkar, Apple korporasiyasının yaradıcısı

“ Əcəbdi! Bu nədi belə?! Əcəbdi!”

Orxan

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button