Manşet

ADP sədri Əli Kərimliyə \”primadonna\” dedi, cavabını aldı – QALMAQAL

ADP sədri Əli Kərimliyə "primadonna" dedi, cavabını aldı - QALMAQAL“Sərdar Cəlaloğlu artıq sifətini və simasını birmənalı olaraq göstərib”.
Savash.org-un məlumatına görə, bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov deyib. Onun sözlərinə görə, Sərdar Cəlaloğlunu danışdıranlar var: “O, hakimiyyətlə birbaşa əlaqədədir. Bunu hamı bilir. Qarşıdan 2015-ci ilin parlament seçkisi gəlir. Sərdar Cəlaloğlu parlamentdə bir yer almaq üçün dəridən-qabıqdan çıxır”.
H.Kərimov vurğulayıb ki, S.Cəlaloğlunun Əli Kərimlinin nə özünə, nə də onun partiyasına qiymət verməyə ixtiyarı çatır: “Yaxşı olar ki, Sərdar Cəlaloğlu özü və ətrafında olan 3-4 nəfər haqqında danışsın. ADP adlı bir partiya yoxdur. Azərbaycanda Rəsul Quliyevin vaxtında belə bir partiya olub. Sərdar Cəlaloğlunun 3-4 nəfərdən ibarət Azərbaycan Xalq Cəbhəsi Partiyasının balaca bir rayon şöbəsinin dayaq nöqtəsi qədər gücü yoxdur. Yaxşı olar ki, Sərdar Cəlaloğlu getsin, partiyasının qayğısına qalsın. Partiyasının hansı missiyasını yerinə yetirməyi haqqında düşünsün. Sərdar kimi yüzlərlə adam Əli Kərimliyə və onun partiyasına çamur atmağa çalışıb. Amma o ləkələrin heç biri bizi tutmayıb”.
Xatırladaq ki, ADP sədri S.Cəlaloğlu “Hürriyyət” qəzetinə müsahibəsində Ə.Kərimlinin ünvanına sərt ifadələr səsləndirib. Cəlaloğlu Əli Kərimlini xalq artisti İlhamə Quliyeva ilə müqayisə edib: “İlhamə artistlərə ad verdiyi kimi Əli Kərimli də özünə belə bir missiya götürüb. A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan? Belə şey olar?”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button