Manşet

Milli Məclis başladı: Xanım deputat spikerliyə namizəd oldu

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

Savash.org-un xəbərinə görə, iclasa sədrliyi parlamentin ən yaşlı deputatı – Fəttah Heydərov edir.

İclasın gündəliyinə 1 məsələ – Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. 

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button