Manşet

ABŞ Dövlət Departamenti Azərbaycan səhiyyəsini rüsvay etdi

ABŞ Dövlət Departamenti Azərbaycan və Türkmənistanla bağlı xəbərdarlıq dərəcəsini artırıb. Səbəb qlobal koronovirus böhranı və bu iki ölkənin virusun geniş yayıldığı İranla əlaqələridir.

Bu barədə qərar martın 6-da verilib,həyacan dərəcəsi 3 -ə qaldırılıb, bu da ən yüksək həyacandan bir dərəcə aşağıdır.

Dövlət Departamenti öz bəyanatında deyir ki, amerikalılar Azərbaycana səfər etmək qərarını nəzərdən keçirsinlər, bu zaman İrandan yayılan virusun əhəmiyyətli dərəcədə artmasını və Azərbaycan hökumətinin necə davranmasını nəzərə alsınlar:

“Azərbaycanda tibbi xidmət ABŞ standartlarına uyğun gəlmir. Bəzi yerlərdə sadə tibbi ləvazimatlar tapılmaya bilər. Amerikalılar səfərdən əvvəl bu amilləri və öz sağlamlıq durumlarını nəzərə alsınlar”.

Azadlıq radiosu

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button