Manşet

Mənsimovun həbsinə etiraz olaraq aksiya müzakirələri – TÜRKİYƏ SƏFİRLİYİNİN QARŞISINDA

“Palmalı” Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun Türkiyədə həbs olunması ölkə ictimai rəyində ciddi narazılıqla qarşılanıb.

“SAVAŞ” xəbər verir ki, Mübariz Mənsimovun həbs xəbərinin ardınca facebook-un Azərbaycan seqmentində məsələ ciddi etiraza səbəb olub, bununla bağlı paylaşım və fikir mübadiləsi inanılmaz səviyyədədir.

Sosial şəbəkə fəallarının bəziləri hesab edir ki, Azərbaycan əsilli milyarderin həbsi sifarişlidir və baş verənlər Türkiyə hüququ üçün utancdır. Səsləndirilən təkliflər arasında Mübariz Mənsimovun həbsinə diqqət çəkmək məqsədilə Türkiyənin ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsi də var.

Xatırladaq ki, M. Mənsimov haqqında Baş Prokurorluqda açılan FETÖ araşdırması çərçivəsində həbs qərarı verilib və o öz ofisində göz altına alınıb. O, həmçinin casusluqda ittiham edilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button