İlham Əliyevdən yeni icra başçısı təyinatları: Yerlər dəyişdirildi
Prezident İlham Əliyev Quba Rayon İcra Hakimiyyəti başçısının tutduğu vəzifədən azad olunması ilə bağlı sərəncam verib.
Sərəncamda deyilir: “Mübariz Alı oğlu Ağayev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
Mübariz Ağayev 2006-2007-ci illərdə Göyçay, 2007-2012-ci illərdə Mingəçevir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Prezidentin 15 mart, 2012-ci il tarixli sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
Prezidentin bu gün imzaladığı digər sərəncamlarla Mənsur Həmzə oğlu Məmmədov Göyçay RİH başçısı vəzifəsindən azad olunub və Ucar RİH başçısı təyin edilib.
Dövlət başçısının digər sərəncamları ilə Yaşar Qəhrəman oğlu Məmmədov Ucar Rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Quba RİH-in keçmiş başçısı Mübariz Ağayev isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Ucar RİH-in keçmiş başçısı Yaşar Məmmədov da Quba RİH başçısı təyin edilib.