Manşet

“Tfu, tfu, tfu, yaxşıdır….” – Peskovdan “Putin necədir?” sualına cavab

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin dövlət başçısının koronavirusa yoluxanların müalicə olunduğu infeksion xəstəxanaya baş çəkməsindən sonra öznü necə hiss etdiyi barədə sualına “tfu, tfu, tfu, yaxşıdır” sözləri ilə cavab verib.

Putin dünən gözlənilmədən Moskva ətrafındakı Kommunarka qəsəbəsində yerləşən infeksion xəstəxanaya baş çəkib. Rusiya prezidenti narıncı rəngdə qoruyucu geyimdə olub. O, tibb personalı və baş həkimlə söhbətləşib.

Peskov deyib ki, Putin xəstəxanaya baş çəkmək barədə qərarı şəxsən verib və səfəri hər hansı hazırlıq olmadan həyata keçirib.

Səfər zamanı Peskov smartfonunu xəstəxana işçilərindən birinə verərək xahiş edib ki, Putinin infeksion şöbəyə baş çəkməsini çəksin. “Telegram-a göndərin, orada ancaq bir kontakt var-“Dima”, telefonu özünüzdə saxlayın və daha sonra məhv edin”,-Peskov tibb müəssisəsinin əməkdaşlarına bildirib.

Smartfonun məhv edilməsi qərarını Peskov onunla izah edib ki, aparatın dezinfeksiya edilməsinə vaxt yoxdur. “Biz prezidenti riskə məruz qoya bilmərik”,-Putinin mətbuat katibi bildirib.

Müşahidələrə əsasən həmin vaxt Peskovun əlində  Samsung Galaxy A51, yaxud Galaxy A71 smartfonu olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists