Manşet

Stalin Rixard Zorgeyə niyə inanmırdı: Sovet rəhbərinə müharibənin başlamasını qoyunlar necə \”xəbər vermişdi\”?

Stalin Rixard Zorgeyə niyə inanmırdı: Sovet rəhbərinə müharibənin başlamasını qoyunlar necə "xəbər vermişdi"?Savash.org tarixi mənbələrə istinadən Stalinin Almaniyanın müharibəyə başlaması haqda hansı maraqlı kəşfiyyat üsullarından istifadə etdiyini oxucularına təqdim edir. Beləliklə….

Əfsanə uydurublar ki, Rixard Zorge Baş Kəşfiyyat İdarəsinə almanların planları haqda olduqca mühüm məlumatlar vermişdi, lakin Stalin inanmamışdı.

Zorge – böyük kəşfiyyatçıdır, lakin almanların Sovet İttifaqına hücum edəcəyi barədə elə bir yeni məlumat verməmişdi. Əksinə, Zorge dezinformasiyanın qurbanı olmuşdu və saxta məlumatlar göndərirdi. Budur, onun 11 aprel 1941-ci il tarixli teleqramı: \”Almaniya Baş Qərargahının Tokiodakı nümayəndəsi bildirmişdir ki, Almaniya Avropada müharibəni başa çatdıran kimi Sovet İttifaqı ilə müharibəyə başlayacaqdır\”.

Hitler axmaq deyildi. O, hücum hazırlaya-hazırlaya həqiqətə oxşamayan yalanlar yayırdı. Bir də ki, Zorge vaxtında düzgün məlumatlar verə bilsəydi belə əslində Stalin ona inanmamalı idi. O, Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Qolikova inanırdı. O, isə Stalinə məlumat verirdi ki, Hitler Sovet İttifaqı ilə müharibəyə hazırlaşmır. Hardan idi, ondakı bu inam? Qolikov bilirdi ki, Stalin sənədlərə inanmır (heç özü də inanmırdı), buna görə elə bir meyar, göstərici tapmaq istəyirdi ki, bunun əsasında səhvsiz olaraq Hitlerin Sovet ittifaqına hücum edəcəyi vaxtı dəqiq müəyyən etmək mümkün olsun. O, belə bir \”indikator\”u tapdı.

Qolikov xaricdəki agentlərinə dönə-dönə \”qoyunları izləyin\” deyirdi. Əgər Avropa bazarlarında qoyun ətinin qiyməti kəskin aşağı düşsəydi bu o demək idi ki, bazarlara küllü miqdarda qoyun cəmdəyi daxil olub, onların dərisindən isə alman ordusunun qış kompaniyası üçün isti kürklər hazırlanır. Axə hansı axmaq nazik alman əsgəri şinelində öz sərt qışı ilə Napoleonu məğlub etmiş ölkəyə girməyə cəsarət edərdi. Daha sonra alman hərbi hissələrinin zibilxanalarına atılan sürtkü yağına bilaşmış əsgilər və kağızlar agentlər tərəfindən yığılıb Moskvaya analizə göndərilirdi. Analizlər göstərirdi ki, bunların hamısı isti iqlimə hüsablanmış sürgü yağlarıdır. Belə yağla yağlanmış silah sərt şaxtada yararsız vəziyyətə düşür. Bütün bunlardan belə nəticə çıxartmaq olardı ki, alman ordusu SSRİ-yə hücum etməyə hazır deyil və heç hazırlaşmır da.

Lakin Stalinin \”Molotov-Ribbentrop paktı\” ilə strateji tupikə saldığı Hitler qəfildən başa düşdü ki, daha onun itiriləsi bir şeyi qalmayıb, onsuz da o, tezliklə Sovet ordusunun hücumuna məruz qalacaq, Stalin intensiv şəkildə müharibəyə hazırlaşır, əldə olunan məlumatlara görə, Sovet əsgərlərini daşıyan eşolonlar aramsız axınla Qərb sərhədlərinə doğru hərəkət edir, ona görə də Stalin öz qüvvələrini cəmləşdirməmiş zərbəni birinci endirmək lazımdır. Bu ölümcül qərar idi, lakin Hitlerin başqa çıxış yolu yox idi.

Bu arada isə Moskvaya qoyunlarla bağlı təhlükəli siqnallar çatmaqdaydı. Avropada qoyun əti kəskin ucuzlaşmış, zibilxanalarda sərt qışa hesablanmış sürtgü yağları tapılmışdı. Stalin isə bu risqli qərarı hitlerdən gözləmirdi, amma müharibəyə saatlar qalırdı…
(Viktor Suvarovun \”Buzqıran\” əsərindən bir parça)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button