Manşet

Azərbaycanda koronavirusa yoluxanların çoxu qadındır – TƏBİB

“Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. 17 nəfər reanimasiyadadır. Onlardan da 6-sı süni nəfəs aparatına qoşulub”.

“SAVAŞ” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu xəstəliyə yoluxma qadınlar arasında üstünlük təşkil edir.

R.Bayramlı qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var:

“Bu günə qədər 75 397 test edilib. Ölüm sayı 13-dür. Bu günə ölüm faktı olmayıb. Bu günə qədər 404 nəfər sağalıb”

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button