Dövlətimizin qurucusuna inanılmaz hörmətsizlik – GƏNCƏDƏ HEYKƏLƏ TORBA KEÇİRİLDİ
Sabah Azərbaycan Demokratik Cumhuriyyətinin qurucusu, dövlətçiliyimizin simvol şəxsiyyətlərindən biri sayılan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Amma təəssüf hissiylə qeyd edək ki, hazırda oxuyacağınız faktlar dahi rəhbərə qarşı növbəti hörmətsizliyin təzahürü salıa bilər.
Savash.org-un məlumatına görə, Gəncədəki “Dəmiryolçular Parkında” Məhəmməd Əmin Rəsulzadənin heykəlinə torba keçiriblər. Mənbənin sözlərinə görə, artıq üç ildir ki, heykələ torba geyindirilib və bu heykəlin qarşısındakı “Şam Bağı” restoranının təmirə bağlanmasıyla izah olunurdu. Amma maraqlıdır ki, 3 il davam edən təmirdən sonra “Şam bağı” restoranı fəaliyyətə başlayaraq açılışını təmtəraqla etsə də heykəllə bağlı sitiuasiya dəyişməyib. Qeyd edək ki, təqdim etdiyimiz foto bu saatlarda çəkilib və şəkildən də göründüyü kimi heykəlin başına torba keçirilib.
Savash.org-a veriolən məlumatra görə sözügedən “Şam bağı” restoranı tanınmış məmurlatrdan birinə məxsusdur. Mövzuya qayıdacağıq.
Azər Allahverdiyev
Savash.org