Manşet

Operativ Qərargah: Bu qaydalara əməl etməyənlərə CİNAYƏT İŞİ AÇILACAQ

“Restoran, kafe və çay evlərində bizim hazıladığımız müvafiq göstərişlər var. Fəaliyyət bərpa olunsa da, bu göstərişlərə ciddi əməl olunmalıdır və bununla bağlı məsələlərə epidemioloji nəzarəti həyata keçirən qurumlarımız nəzarət edəcəklər”. 

“SAVAŞ” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

Sədr göstərişlərə əməl etməyənlərə sərt cəza tətbiq ediləcəyini sözlərinə əlavə edib:

“Bu qaydalara əməl edilmədikdə ciddi inzibati və cinayət məsuliyyəti tətbiq olunacaq. Qeyd etmək istərdim ki, bəzi kafelərdə və müəyyən xidmət müəssisələrində qəlyan avadanlıqlarından istifadə qadağası qalmaqdadır və bu çox ciddi respirator infeksiyasının yayılmasının prafilaktikası məqsədini daşıyır. Əgər bu qayda da pozularsa sərt şəkildə tədbirlər görüləcək”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close