Silahdaşları Nürnberq məhkəməsində Hitler haqda hansı ifadələri verib? – İLGİNC FAKTLAR
Nürnberqdə əsas hərbi cinayətkarların məhkəməsi zamanı məhkəmə zalında, eləcə də hökm xıxarılmazdan əvvəl silahdaşlarının Hitler haqda çox maraqlı ifadələri olub. Savash.org tarixi mənbələrə istinadən həmin fikirləri təqdim edir:
German Görinq: “Alman xalqı fürerə etibar edirdi, xalqın burada sadalanan cinayətlərdən xəbəri yox idi. Xalq sadəcə olaraq, Hitlerə inanırdı, özünü ona qurban verməyə hazır idi… Alman xalqının günahı yoxdur”.
Rudolf Hess: “Mənə alman xalqının öz çoxəsrlik tarixi zəminindədoğurduğu bir şəraitdə fəaliyyət göstərmək hüququ verilmişdi. Xoşbəxtəm ki, fürerimin sadiq ardıcılı rolunda öz borcumu yerinə yetirmişəm”.
Ernst Kaltenbrunner: “Mən Adolf Hitlerə inanaraq bütün gücümü xalqıma sərf etmişəm…”
Baldur Fon Şirax: “Mən bu nəsli Hitlerə inam və sədaqət ruhunda tərbiyə etmişəm. Yaratdığım gənclik hərakatı onun adını daşıyır”.
Artur Zeyes-İnkvart: “Mənim üçün Hitler Almaniyanı böyük qüdrətə yetirmiş şəxs olaraq qalmaqdadır”.
İoaxim Fon Ribbentrop: “…Hərgah indi Hitler mənim kamerama daxil olub desəydi ki, filan şeyi belə elə – mən dərhal onun dediyinə əməl edərdim. Hətta məhkəmədə eşidib öyrəndiklərimdən sonra da…”
K.Fon Heyrat: “Şübhə yoxdur ki, Hitler yalançı idi, həqiqətin onun üçün heç bir əhəmiyyəti yox idi. Lakin o vaxt bunu heç kəs başa düşməmişdi. Hitler insanları məftun etməyi bacaran demoqoq idi”.
SAVASH.ORG