Manşet

“Lamiyə Quliyeva işi”ndə şok gəlişmə

“Lamiyə Quliyeva işi”ndə şok gəlişmə
Onun uşağının atasını tanıyanlar danışdı; Üzeyir Məmmədli: “İki ümidsiz insan bir-biri ilə görüşüb, çarəni bir-birində tapdılar, o oğlanı tanıyıram”; Vəkil Adəm Məmmədov: “O adam vaxtilə Lamiyənin üzünə durmuşdu, münasibətləri qisasçılıqdan ülvi hisslərə keçdi”

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və türmədə ana olan Lamiyə Quliyeva olayı get-gedə böyüyür. Parlamentin 2 fevral tarixli sessiyasında da sözügedən mövzu geniş müzakirələrə səbəb olub və bu barədə geniş məqalə ilə qəzetimizdə tanış ola bilərsiz.

Amma “Yeni Müsavat” qəzeti L.Quliyevanın uşağının atası, bu hadisənin yaşanması ilə bağlı beyinlərdə yaranan suallara aydınlıq gətirməyə çalışıb. Öncə mövzu ilə bağlı köşə yazısı ilə çıxış edən NİDA üzvü, bu yaxınlarda azadlığa çıxmış Üzeyir Məmmədlinin yazdıqlarına diqqət edək. NİDA-çı gənc “Əl çəkin Lamiyədən” başlıqlı köşə yazısında bu hadisə barədə danışıb. Yazıdakı bəzi detallara diqqət edək: “Burda gəlin bir şeyə aydınlıq gətirək ki, sonuncu hadisədə Lamiyəyə qarşı heç bir zorakılıq olmayıb. Məhbəsdə olarkən bunu bilirdim. Lamiyə özü də son açıqlamasında ona qarşı zorakılıq olmadığını və hər şeyin öz razılığı ilə olduğunu bildirir.

Bu, təbii ki, Lamiyəni bu günə salanların günahlarını azaltmır. Amma sonuncu uşaq hadisəsinə, mən hamının baxdığı kimi, pis bir şey kimi baxmıram. Lamiyəni həbsdə olarkən, cox qısa da olsa, bir neçə dəfə görmüşəm. Onun öz davranışları və ona qarşı olan davranışları müşahidə eləmişəm. Təbii ki, 15 yaşından məhbəsdə keçən həyat onda öz dərin izlərini buraxıb. Bu izləri silmək çətin olacaq. Amma Lamiyənin uşağı onun üçün bəlkə də son şansdır. Onu təkrar həyata bağlayacaq və onun bu dəhşətli taleyində bir umid işığı olacaq son şans. Lamiyə öz açıqlamasında da təxminən bunu deyir: ”Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depressiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi\”. Lamiyə indi bəlkə də öz uşağı ilə xoşbəxt günlərini keçirir. Lamiyə üzərindən xal qazanmaq istəyənlərə sözüm budur ki, imkan verin Lamiyə öz həyatını yaşasın. Siz onsuz da bu səs-küyünüzlə ona heç bir kömək edə bilməyəcəksiniz, bəlkə də daha çox ziyan vuracaqsınız. Əl çəkin Lamiyədən! O öz payına düşənləri artıqlaması ilə yaşayıb. Yeni obyektlər tapın özünüzə!\”
“Lamiyə Quliyeva işi”ndə şok gəlişmə
BÖLÜM: Gündəm
YAYIM TARİXİ: 3 Fevral 2015 08:45

“Yeni Müsavat”a açıqlamasında Ü.Məmmədli bildirdi ki, təcridxana ərazisində L.Quliyevanın hansısa bir kişi ilə görüşməsi mümkün deyil: “Hər tərəfdə kamera var. O təcridxanada 2013-cü il aprelin 10-dan elə hadisə olmayıb. Ondan əvvəl elə hadisələr olub”.

Müsahibimiz dedi ki, L.Quliyevanın uşağının atasının kim olması türmədə bəlli idi. “Mən bilirəm ki, söhbət kimdən gedir, həmin kişi məhbusun da adını dəqiq bilirəm” deyən Ü.Məmmədli bunu açıqlamağın doğru olmadığını vurğuladı: “Türmədə dəqiq bilinirdi ki, uşağın atası kimdir. Hətta onu sonuncu apelyasiyasında görmüşəm. Onların görüş detalları açıqlanmır. Fərziyyə etmək olar. Amma əsas odur ki, bu görüş təcridxana ərazisində olmayıb. Lamiyənin açıqlamaları əsasdır. Orda detalları açıqlamır”.

Ü.Məmmədlinin sözlərinə görə, sözügedən məhbus qatı cinayətkar deyil və yaxın illərdə azadlığa çıxma ehtimalı var: “Nə qədər iş alıb, onu bilmirəm. Müəyyən çevrələrdə bu hekayə yayılmışdı. İki ümidsiz insan bir-biriilə görüşüb, çarəni bir-birində tapırlar. Sonradan davam edəcəkmi, bilinməz. Orda belə hekayələr var”.

Amma mövzu ilə bağlı L.Quliyevanın keçmiş nişanlısı, hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədov daha ilginc məlumatlar verdi. A.Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, V.Əliyev L.Quliyevanın uşağının atası ilə bağlı bütün həqiqəti bilir: “Mən onunla bunla bağlı söhbət etmişəm. O, tam həqiqəti bilir. Çox həssas məsələ var. Vüqar Əliyev hekayənin bütün detallarını bilir. Orada elə bir məqam yaranıb ki, Vüqar da hekayəni bilmək zorunda qalıb. Əvvəlcədən hər şey qisasçılıq zəminində başlayıb. Kökü bundandır. Sonradan bu qisasçılıq ülvi hisslərə çevrilib.

Lamiyənin uşağının atası qətl işində Lamiyə əleyhinə, Aslan Aslanovun xeyrinə ifadə verib. O adam cinayət işinin motivinin dəyişdirilməsi, cinayət hadisəsinin yaranma səbəbini pərdələmək üçün ifadə verib”.

Müsahibimiz dedi ki, azadlıqda olan bu şəxsin içəri girib, L.Quliyeva ilə necə münasibətdə olmasına Penştensiar Xidmət rəhbərliyi cavabdehlik daşıyır: “Mən yenə də deyirəm, onların münasibətində həm qisas, həm ülvi hisslər var. Çünki o adam bir dəfə Aslan Aslanovun sifarişini yerinə yetirib. Amma onun hansısa məhkumla münasibətinin olması qeyri-mümkündür, real deyil. Bu, yalan ssenaridir. Vüqarın dediyi daha realdır. Məhkum olunan şəxs çöldə olanlardan daha məlumatlıdır”.

A.Məmmədov onu da dedi ki, V.Əliyevlə L.Quliyevanın bütün münasibətləri 2003-cü ildə yekunlaşıb. Onun sözlərinə görə, L.Quliyeva elə münasibətlərinin yekunlaşmasının aqressiyası ilə bu qətli törədib: “Vüqar da görür ki, atasının, anasının, xalasının həbs olunması, ailəsinin başına bu işlərin gəlməsinə Lamiyənin törətdiyi hadisə səbəbdir. Onun türmədə olanda da Lamiyə ilə hər hansı kontaktı, məktublaşması olmayıb. Özü də ailə qurub qohumlarından biri ilə. Vüqar cinayətkar deyil, cinayət aləmi ilə əlaqəsi yoxdur. Aslan Aslanov özü də bilir ki, oğlunu Vüqar öldürməyib”.

Vəkil həmçinin dedi ki, V.Əliyevin əfv olunması mümkündür: “Prezidentə əfv üçün müraciət hazırlayıram. Bu, prezidentin səlahiyyətinə aid olan məsələdir. Ümid edirəm ki, ölkə başçısı ədaləti bərpa edəcək. Eyni zamanda yeni açılmış hal kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edəcəyəm”.

Müsahibimiz xatırlatdı ki, V.Əliyevə CM-in 177.2.1 maddəsi ilə ittiham irəli sürülüb. Onun sözlərinə görə, mərhumun üstündə olan telefonu ayaqyoluna tullayan şəxs L.Quliyeva olub. A.Məmmədov Lamiyənin cinayəti etiraf etdiyini də xatırladıb, bu maddənin V.Əliyevin üzərindən götürülməsinin vacibliyini vurğuladı: “İstintaqçılar belə nəticəyə gəlmişlər ki, guya bu cinayət hadisəsi Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun öz xidməti vəzifəsini təəsirləndirilən şəxsin və ya ailə üzvlərinin (torpaq mübahisəsi) maraqlarına zidd şəkildə icra etməsi səbəbi ilə baş vermişdir. Bu səbəbdən də, Əliyev Vüqar İbrahim oğluna AR CM-in 120.2.3-cü maddəsi ilə də ittiaham verilmişdir.

Belə ki, AR Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməni nəzərdə tutur. Aslan Aslanovun oğluna rəhmət və ailəsinə səbr diləyirik.

Lakin bütün bunlara baxmayaraq, Aslan Aslanov məhkum Əliyev Vüqar İbrahim oğlunun ömürlük azadlıqdan məhrum edilməsinə öz qulluq mövqeyindən istifadə edərək hüquq-mühafizə orqanlarına təsiri ilə nail olmuşdur. Qəsdən adam öldürmə işləri üzrə bir nəfərin öldürülməsinə görə məhkəmə təəcrübəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsinin statistik göstəricilərdə faiz dərəcəsi sıfra bərabərdir. Əliyev Vüqar İbrahim oğlunun həqiqətdə Aslan Aslanovun oğlunu öldürmədiyi məlumdur.

Əgər bu işdə iştirak etsə belə, əvvəllər məhkum olunmamış və bir nəfərin ölümü ilə nəticələnən cinayət hadisəsinə görə ömürlükdən azadlıqdan məhrum edilməsi məntiqə və məqsədə uyğun deyildir\”.

Xatırladaq ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Şəmkirin eks-icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər təqsirləndirilərək həbs olunub. Bunlar yuxarıda adları qeyd olunan Vüqar Əliyev və son günlər mətbuatın gündəmindən düşməyən Lamiyə Quliyevadır.“Lamiyə Quliyeva işi”ndə şok gəlişmə
“Lamiyə Quliyeva işi”ndə şok gəlişmə

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button