Prezident Adminstrasiyasının əməkdaşından prezidentə şikayət: “O, bizə işgəncə verir…”
Prezident Adminstrasisı əməkdaşının adı hallanan ilginc maxinasiya ilə bağlı Savash.org-un redaksiyasına məlumat daxil olub. Surətləri Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban xanım Əliyevaya, Milli Təhlükəsizlik naziri, general-pokovnik Eldar Mahmudova, Baş Prokuror, Zakir Qaralova və Kütləvi İnformasiya Vasitələrinə Bakı şəhəri, Neftçilər prospekti,
ev 127, mənzil 59-da yaşayan Aqafonova Elina Petrovna tərəfindən ünvanlanan müraciəti nöqtə-vergülünə də toxunmadan dərc edirik…
“Cənab Prezident!
Bu gün biz rus xalqının nümayəndəsi olsaq da, Ümummilli liderimiz Heydər Əliyevin apardığı və sizin sayənizdə davam etdirilən və daha da möhkəmləndirilən daxili və xarici uğurlu siyasətininiz nəticəsində özümüzü rahat, azad, hüquqi tanınan və hörmət bəslənən Azərbaycan vətəndaşı sayırıq.
Cənab Prezident!
Bizim Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidiylə yenidən Müstəqil Azərbaycana rəhbər gəldikdən sonra bütün millətlərin, xalqların nümayəndələrinə həmçinin bizə, rus xalqının nümayəndələrinə də öz qayğı və sevgisini əsirgəmədi. Bu gün də bu siyasət sizin rəhbərliyinizlə davam etdirilir. Təsadüfi deyil ki, Bakıda Rus kilsəsinin bərpa olunaraq, Rus İcmasının ixtiyarına verilməsi Ulu Öndərimizin təşəbbüsü ilə həyata keçirildi.
Mənim atam Aqafonov Pyotr Sergeyeviç uzun müddət Salyan Rayon Partiya Komitəsində işləmiş və talehini Azərbaycanla bağlamışdır.
Mən 1987-ci ildə Məlikov Arif Şahmirzə oğlu ilə nigaha daxil olmuşam. Dörd övladımız var. Böyük qızım Günel ABŞ-ın Nyu-York şəhərində jurnalist kimi fəaliyyət göstərir və orada ABŞ vətəndaşıyla ailə həyatı qurub. Bu gün də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin çatdırılmasında, Respublikamızın nüfuzunun artırılmasında fəal mübarizə aparır. Kiçik qızım Nətavan Misir dövlətinin Azərbaycan Respublikasındakı səfirinin oğlu Mustafa ilə nişanlıdır və bu yaxınlarda toyunu gözləyirik.
Cənab Prezident!
Sizə yazmaqda məqsədimiz, 2013-cü ildən bizə qarşı başlayan və bu gün də davam edən haqsız və yersiz əzab işgəncələrə bağlıdır. Yalnız ümidimiz sizədir.
Belə ki, mənim həyat yoldaşım Məlikov Arif Prezident Administrasiyasında işləyən Fuad Axundovun həyat yoldaşı Vəfa Axundova ilə birgə “İqlim-Aqro” kənd təsərrüfatlı təyinatlı göbələk istehsalı və satışıyla bağlı firma təsis etdilər. F. Axundovun təşəbbüsü ilə bankdan 2 milyon manat ev və obyekt girov qoymaqla pul götürdük. Qarşı tərəfsə bizim şərik kimi yalnız bir ev girov qoydular.
Tikinti işlərinin başa çatmasına az qalmış bunlar bizimlə ayrılmağı təklif etdilər. Biz də qarşı tərəfə bizim şəriklikdən uzaqlaşdırmağı və sülh yoluyla ayrılmağı təklif etdik. Nəticədə F. Axundovun öz vəzifəsindən istifadə edərək bizi qorxutmağa başladı. Şəriklikdən ayrılması üçün bizdən 1(bir) milyon manat pul tələb etdi. Sonradan həmin məbləği 550 (Beş yüz əlli) min manata endirdi. Bizə edilən zorakılıq və işgəncələrdən sonra ona 250 (iki yüz əlli ) min manat pul ödədik. Bizdən 300 ( üç yüz) min manat da, tələb edərək, heç bir hüquqi əsası olmadan tutduğu vəzifəsi hesabına haqqımızda, Koorrupsiya qarşı Mübarizə idarəsində cinayət işi açdırıb. Niyə və nə haqla? Tikintinin başa çatmasına və istifadəyə verilməsinə hansı haqla maneçilik törədir. biz hələ də bilmirik. Bütün mülkiyyətimiz girovluqda ola-ola ona pul ödənilməsini də zor gücünə nail oldu.
Cənab Prezident!
Sizin həmişə Xalqımızın rifahı naminə imzaladığınız Sərəncamlar bu dəfə də sizin uzaqgörən siyasətinizin bəhrəsi sayıla bilər ki, bu ili 2015-ci ili müvafiq sərəncamınızla “Kənd təsərrüfatı İli” elan etmisiniz.
Sizin tərəfinizdən bizim işimizn nəzarətə götürülməsini rus xalqının nümayəndəsi kimi yox, rəhbərlik etdiyiniz , müstəqil, Azərbaycan Respublikasının vətəndaşı kimi, xahiş edirik. Bizə, imkan verilsin ki, təsərrüfatımızı idarə edək, Dövlətin bizə veridyi borcu geri qaytarmaqla, Mülkləzimizə sahib olaq.
Cənab Prezident!
Sizin son çıxışınzıda səsləndirdiyiniz biz sözü xatırlamaq istərdik. “Hər kəs yorğanına görə, ayağını uzatsın”.
Biz sizə inanırıq, inanırıq ki, heç bir məmur sizin rəhbərliyiniz altında kiminsə, haqqını tapdaya bilməz.
Ağafanovlar və Məlikovlar ailəsi adından sizə öz dərin minnətdarlığımızı bildiririk”.