Manşet

Bu qurumun 20-dən çox əməkdaşı koronavirusa yoluxub

“Azərsu” ASC-nin əməkdaşları arasında da koronavirusa yoluxanlar var.

“SAVAŞ” oxu.az-a istinadən xəbər verir ki, qurumun tabeliyində olan idarələrdə COVID-19-a yoluxan şəxslər müəyyən olunub.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiq edib.

O bildirib ki, mövcud vəziyyətlə bağlı, demək olar ki, qurumların böyük əksəriyyətinin əməkdaşları arasında yoluxma faktları aşkar olunub:

“Təəssüf ki, “Azərsu” ASC-nin əməkdaşları arasında da koronavirusa yoluxanlar var. Yoluxanların sayı 20-dən çoxdur. Paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Xətai rayonlarının, eləcə də, Abşeron,  Sumqayıt, Gəncə, Siyəzən Su-Kanal İdarələrində virusa yoluxan əməkdaşlarımız var.

Vəziyyətə ciddi nəzarət olunur, mütəmadi dezinfeksiya işləri aparılır, səhər işə gələrkən işçilərin temperaturu ölçülür və s. Əməkdaşların diqqətinə çatdırılıb ki, kimin temperaturu varsa və ya özünü pis hiss edirsə, işə çıxmasınlar”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close