Bakıdakı bu qətl polisi belə şoka saldı: Arvadının başını və cinsiyyət orqanını kəsdi – TƏFƏRRÜAT
İki azyaşlı uşağın gözü qarşısında baş verən cinayətin təfərrüatları polis və prokurorluq əməkdaşlarını belə şoka salıb
İki gün əvvəl Bakının Nərimanov rayonunda dəhşətli qətl hadisəsi baş verib. Savash.org xəbər verir ki, bu barədə Vesti.Az-a Nərimanov rayon Polis İdarəsindən bildiriblər.
Qətl hadisəsi Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən 106№li evin mənzillərinin birində baş verib.
Cinayətin qurbanı 28 yaşlı Muradova Nübar Cümə qızı olub. Fakt üzrə Muradovanın keçmiş əri 1982-ci il təvəllüdlü Qurban Əflatun oğlu Kazımov saxlanılıb.
Cinayətin aşkar edilən təfərrüatları isə fəaliyyətləri dövründə çoxsaylı vəhşiliklər görən polis və prokurorluq əməkdaşlarını belə şoka salıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları kişinin keçmiş arvadına etdiklərini gördükdə dəhşətə gəliblər. O, arvadının yalnız başını deyil, cinsiyyət orqanını da kəsib, sonra isə arvadının qaşlarına yapışdırıb. Bütün bunlar iki azyaşlı uşağın olduğu evdə baş verib. Kişi onları qonşu otaqda bağlayıb, sonra arvadını qətlə yetirib.
İlkin məlumata əsasən cinayətin motivi Muradovanın davranışı olub. Məlumdur ki, cütlük məhkəmə üsulu ilə ayrılıblar. Amma məhkəmənin qərarı ilə bir mənzildə yaşayıblar.
Dindirilmə zamanı Kazımov etiraf edib ki, qonşuların onun keçmiş arvadının davranışına dair ikimənalı atmacalarından bezib. Fevral ayının 2-də gecə evə gələrək Muradova ilə mübahisə edib. Mübahisə zamanı o, hələ də bir evdə yaşadıqları üçün Muradovadan özünü buna uyğun aparmasını tələb edib. Qadın isə cavab olaraq azad olduğunu, istədiyi kimi davranmaq ixtiyarında olduğunu bildirib. Bu, Kazımovu özündən çıxarıb…
Polis İdarəsində Kazımovu şizofren xəstəsi adlandırıblar. Belə ki, normal insan bunları edə bilməz. Bəzi KİV-in məlumatına əsasən Kazımov törətdiyi əməldən sonra intihara cəhd edərək damarlarını kəsib. Amma Nərimanov RPİ-dən bu informasiyanın həqiqətə uyğun olmadığını bildiriblər