Manşet

Balakəndə məhkəmə zalında baş vermiş qətlin təfərrüatları – QİSAS

Balakəndə məhkəmə zalında baş vermiş qətlin təfərrüatları - QİSASMəlum olduğu kimi, bu gün Balakəndə ilginc qətl hadisəsi baş verib. Belə ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə bu gün Balakən Rayon Məhkəməsində qeydə alınıb.

Məhkəmədə keçirilən prosesdə təqsirləndirilən şəxs, 21 yaşlı Məhəmməd İlham oğlu Xanpəriyev şikayətçilərin yaxınları tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcilli tibbi yardım çağırılsa da onu xilas etmək mümkün olmayıb.

Bu arada isə Balakəndə məhkəmə prosesi gedə-gedə zaldaca törədilmiş qətlin bəzi təfərrüatlarını bəlli olub. Məlum olub ki, qətli törədən şəxs bununla mərhum Məhəmməd Xanpəriyevdən qisas alıb.

Belə ki, M.Xanpəriyev bir müddət öncə qatilinin qardaşını bıçaqlayıbmış. Həmin şəxs ölməsə də M.Xanpəriyev məhkəmə önünə çıxarılıb. Zərərçəkənin qardaşı isə onun qisasını məhkəmə zalındaca almağa qərar verib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button