Manşet

ABŞ-dan Azərbaycan hakimiyyətinə çağırış – TƏQİBLƏRİ DAYANDIR

ABŞ Azərbaycan hakimiyyətini COVİD-19-a cavab olaraq atılan addımlardan vətəndaş cəmiyyətini, müxalifət və ya ictimai tənqidi susdurmaq üçün istifadə olunmamasını təmin etməyə çağırıb. Bu barədə ABŞ Dövlət Departamentinin 20 iyul tarixli bəyanatında deyilir.

“Azərbaycan hakimiyyəti müxalifət üzvləri və hökumətin digər tənqidçilərini təqib və həbs edərək psixiatriya xəstəxanasına yerləşdirib”, – deyə sənəddə bildirilir.

ABŞ COVİD-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiyanın və insan hüquqlarının qorunmasına sadiqdir. Dövlət Departamenti hesab edir ki, insan hüquqlarına, əsas azadlıqlara, demokratik institutlara və qanunun aliliyinə hörmət edən və müdafiə edən cəmiyyətlər böhranlara daha yaxşı və daha səmərəli reaksiya verirlər.

Sənəddə qeyd olunur ki, COVİD-19-a qarşı mübarizədən siyasi opponentlərə qarşı repressiya üçün bəhanə kimi istifadə edilməməlidir. (turan)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button