Manşet

Atasını Suriyaya kabab yeməyə çağıran azərbaycanlı İŞİD-çi öldürüldü – VİDEO

Atasını Suriyaya kabab yeməyə çağıran azərbaycanlı İŞİD-çi öldürüldü – VİDEOBir müddət əvvəl yaydığı videoda atasını Suriyaya dəvət edən azərbaycanlı İŞİD-çinin (“İslam dövləti” terrorçu qruplaşması) bu ölkədə gedən döyüşlərdə həlak olması barədə məlumat yayılıb.

Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, əsl adı Dostəliyev Fariz Çingiz oğlu olan həmin şəxs Qaradağ rayonu Səngəçal qəsəbə sakinidir.

Əldə etdiyimiz məlumata görə, Fariz dünən, yəni fevralın 10-da gedən döyüşlərdə öldürülüb.

Mənbənin bildirdiyinə görə, İŞİD-ə qoşulmaq üçün bu ölkəyə gələn şəxslərdən onların telefonları alınır və döyüşlərdə öldürüldükləri təqdirdə, həmin telefondan ölən şəxsin ailəsinə bu barədə SMS-məlumat göndərilir və belə bir məlumat Farizin də ailəsinə daxil olub.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Farizin əmisi Elxanın sözlərinə görə, qəsəbədə gəncin ölümü barədə məlumatlar yayılsa da, bu, hələ dəqiq deyil:

“Belə söz var. Lakin hələ dəqiq bilinmir”, – deyə, Elxan Dostəliyev bildirib.

Onun sözlərinə görə, Fariz beş aydır ki, İŞİD-ə qoşulmaq üçün əvvəl Türkiyəyə, oradan isə Suriyaya keçib.

Elxan Dostəliyev həmçinin ailəsinin Farizin bu hərəkətini qəti şəkildə pislədiyini və onun İŞİD-ə qoşulmasının əleyhinə olduğunu da bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button