Manşet

Arif Əsgərovun “vəzifəyə sürgün” tragikomediyasının şok təfərrüatları

Arif Əsgərovun “vəzifəyə sürgün” tragikomediyasının şok təfərrüatlarıPrezident İlham Əliyev sərəncamı ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərovun tutduğu vəzifədən azad edilərək nəqliyyat nazirinin müavini postuna gətirilməsi çoxları üçün gözlənilməz oldu.

Bu isə səbəbsiz deyil, axı buna qədər Arif Əsgərovun adı bir sıra maliyyə yeyintilərində, bərbad idarəçilikdə və nəhayət uzaq olmayan keçmişdə bütün ölkəni silkələyən “48 milyonluq qalmaqal”da hallanmışdı. Odur ki, Arif Əsgərovun vəzifədən çıxarılması nə qədər gözlənilən idisə, onun yenidən vəzifəyə, həm də daha yüksək vəzifəyə təyinatı o qədər gözlənilməz idi.

Bununla bağlı Savash.org-un əldə etdiyi məlumata görə, Arif Əsgərovun yeni vəzifə təyinatı nə qədər qəribə səslənsə də əslində onun cəzalandırılmasıdır. Daxil olan məlumata görə, sonuncu 48 milyonluq məlum qalmaqaldan sonra Arif Əsgərovun vəzifədən uzaqlaşdırılması, hətta cinayət məsuliyyətinə cəlb olunması da müzakirə edilən variantlar içərisində olub. Amma bu dəfə də onun köməyinə, gənclik dostu, nəqliyyat naziri Ziya Məmmədov çatıb. Belə ki, Ziya Məmmədov Arif Əsgərovla bağlı təhlükəli ssenarini pozaraq, bədəli heç də yüngül olmayan şərtlərlə dostunu xilas etməyi bacarıb.

Elə Arif Əsgərovun “Azərbaycan Dəmir Yolları” QSC-dən kənarlaşdırılaraq nəqliyyat nazirinin müavini vəzifəsinə gətirilməsi də sözügedən “xilas planı”nın tərkib hissəsidir. Belə ki, Arif Əsgərov mənimsədiyi böyük məbləğli maliyyə vəsaitini yeni vəzifəsində “geri qaytaracaq”. Daha doğrusu, nəqliyyat sektorundakı bir sıra iri layihələr Arif Əsgərovun üzərinə qoyulub və həmin layihələrə görə ona bir manat da verilməyəcək. Şəxsi vəsaiti hesabına nəzərdə tutulan layihələri reallaşdırdıqdan sonra isə Arif Əsgərovun təmtəraqla təqaüdə göndərilməsi planlaşdırılıb. Bununla da Arif Əsgərov mümkün həbs təhlükəsindən qurtula bilib.

Xatırladaq ki, bir müddət əvvəl «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində 48 milyon manatlıq yeyinti faktı üzə çıxıb. Belə ki, adıçəkilən qurumun marketinq və tarif şöbəsinin bölmə rəisi olmuş Rahib Hüseynov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Həbs edilən keçmiş şöbə müdiri eyni zamanda cəmiyyətin sədri Arif Əsgərovun baldızı oğlu idi.

SAVASH.ORG

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button