Manşet

Lamiyə Quliyevanın uşağının atası bəlli oldu

Lamiyə Quliyevanın uşağının atası bəlli oldu

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirlənidirilən Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi övladının atasının adı məlum olub.

Bu barədə məlumatı haqqin.az saytı yayıb.

Eynulla Fətullayevin müəllifi olduğu məqalədə bildirilir ki, məlumata görə, uşağın atası 1984-cü ildə Ağsuda anadan olmuş Rəsulov Elnur Məmmədrəsul oğludur. Onun özü də şübhəli şəxs qismində istintaq təcridxanasında saxlanılıb. Xəbərdə deyilir ki, Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri sübut edib.

Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin, o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb, uşaq da bu yolla mayalanıb.

Rəsulov Elnur Məmmədrəsul oğlu Cinayət Məcəlləsinin 204.2-ci maddəsi (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilib. 2014-cü ilin sonlarında Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə onun apellyasiya şikayətinə baxılıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button