Manşet

Lamiyə süni mayalanma ehtimalını rədd etdi: \”Boş söhbətlərdi, mən professoram?\”

Lamiyə süni mayalanma ehtimalını rədd etdi: "Boş söhbətlərdi, mən professoram?"Xeyli müddətdir Azərbaycan mediasının gündəminə çevrilmiş Lamiyə Quliyeva ANS telekanalına müsahibə verib. 4 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan L.Quliyeva necə hamilə qalmasından, eləcə də barəsindəki diər suallarla bağlı danışıb: \”Mənim uşağımın atası məhkumdur. Onunla könüllü şəkildə görüşmüşük, DNT testi də verilib, nəticələr də məlumdur. Dustaqçılıq aləmində belə bir şey var ki, əlaqə saxlaya bilirsən və görüşə bilirsən. Mən axırıncı dəfə Kürdəxanıya göndəriləndə onunla orda tanış olmuşdum\”.

L.Quliyeva süni mayalandırma məsələsinə belə münasibət bildirib: \”Bunlar boş sözlərdir. Elə bir şey mümkün olsaydı bütün qadın məhkumlar ana olardı. Mən nə laborantam, nə də professoram ki, elə bir şeyə əl atım. Sadəcə olaraq biz danışdıq və görüşdük. Bizə şərait yaradıldı və görüşdük. Düzü bilmirdim ki, ana olacam. Amma o, məqsədlə görüşdük ki, mən ana ola bilim. Bəlkə də o, ailəlidir, övladı var və ailəsini qorumaq üçün, ya da bizim görüşümüzə şərait yaradan adamı satmamaq üçün belə deyir. Bunlar iyrənc söhbətlərdir\”.

L.Quliyeva ondan istifadə edilməsi ilə bağlı suala belə cavab verib: \”Mən istəyərdim ki, məndən silah kimi istifadə etməsinlər. Bu məsələni, nə mən, nə mənim ailəm ictimailəşdirib. Xahiş edirəm, insanlar cəmiyyət məni qınamasın. Mən əxlaqsızlıq deyiləm, nə seksual çatışmazlığım yoxdur nə də kefimdən belə etməmişəm. Sadəcə bunu etməkdə bir məqsədim olub ki, görsünlər ki, mən də varam\”.

L.Quliyeva onun 4 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi ilə bağlı münasibətinin olması ilə bağlı iddialara rəy bildirib: \”Mənim həmin insanla rəis-məhkum münasibətim olub. Onun vaxtında aldığım cəzaları heç vaxt almamışam\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button